ə · Schwa
Hərfsiz yazılmış mətni düzəldir.
Klaviaturada ə, ı, ğ, ş, ç, ö, ü yoxdursa, mətn hərfsiz yazılır. Schwa onları kontekstə baxaraq geri qaytarır — hərf səhvlərini də tapıb düzəliş təklif edir.
Model sənin brauzerində işləyir — yazdığın heç yerə göndərilmir.
Özün yaz
Model yüklənir…
Yazdıqca burada düzəlmiş mətn görünəcək
Necə işləyir
Yeddi hərf klaviaturasız yazılanda bir ASCII hərfə çevrilir və hər birinin cəmi bir alternativi var. Ona görə model cümləni yenidən yazmır — hər hərf üçün tək bir suala cavab verir: burada diakritik varmı? Nəticədə diakritikdən başqa heç nə dəyişə bilmir. Yuxarıdakı «Rentgen» düyməsi bu qərarların hər birini, modelin nə qədər əmin olduğu ilə birlikdə göstərir.
Çətinlik haradadır
“qiz” sözü həm “qız”, həm də “qiz” ola bilər. Hansı olduğunu yalnız yanındakı sözlər deyir — ona görə lüğət kifayət etmir, model lazımdır.
qiz
Nə qədər dəqiqdir
Vikipediyanın test hissəsi: 172 328 cümlə, öyrətmədə heç görünməmiş məqalələrdən.
Kiçik rəqəmlər 95% intervalıdır: bütöv mətnləri 1000 dəfə yenidən seçməklə hesablanıb — eyni növ başqa mətndə nəticənin çox güman ki düşəcəyi aralıq. Hər iki mətn redaktə olunub. Gündəlik yazışmada rəqəm fərqli ola bilər — onu ölçmək növbəti addımdır.
İstifadə et
Brauzer əlavəsi
WhatsApp Web, Instagram, Gmail — istənilən saytda mətni seç və Ctrl+Shift+E bas. Model brauzerin içindədir.
Mənbə kodu →Python
Öz layihəndə istifadə et. Model paketin içindədir, heç nə yükləmir.
pip install "schwa-az[onnx] @ git+https://github.com/EmilTahirov24/schwa#subdirectory=packages/core"